Cənubi Koreya Çindən Şimali Koreyaya təsir göstərməyi xahiş edib
Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yol çinli həmkarı Vanq Yi ilə telefon danışığında Pekindən Koreya yarımadasındakı vəziyyətdə konstruktiv rol oynamasını istəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ço Tae-yol Şimali Koreyanın ilin əvvəlindən müxtəlif təxribatları davam etdirməsindən, Koreya yarımadasında və regionda gərginliyi artırmasından, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan edilən nüvə və raket proqramlarını və Rusiya ilə hərbi əməkdaşlığı təşviq etməsindən narahatlığını ifadə edib. Şimali Koreyanı nüvəsizləşmə yoluna qaytarmaq və növbəti təxribatlara əl atmamaq üçün Çinin konstruktiv rolunu gücləndirməyi xahiş edib", - deyə məlumatda qeyd edilib. Söhbət 50 dəqiqə davam edib.
Tərəflər həmçinin yüksək səviyyəli mübadilə, təchizat zənciri əməkdaşlığı, ikitərəfli əlaqələr, Şimali Koreya məsələsi və onun nüvə proqramını müzakirə ediblər. Qeyd olunur ki, Vanq Yi həmkarını Çinə səfərə dəvət edib. Ço Tae-yol diplomatik kanallar vasitəsilə hər iki tərəf üçün əlverişli tarix barədə razılığa gəlməyi təklif edib.
Seul və Pekin ikitərəfli münasibətlərin inkişafına sadiq olduqlarını təsdiqləyib və müxtəlif səviyyələrdə strateji mübadilə və kommunikasiyaların vacibliyini qeyd edib.
Teqlər:
"C\u0259nubi Koreya \u00c7ind\u0259n \u015eimali Koreyaya t\u0259sir g\u00f6st\u0259rm\u0259yi xahi\u015f edib"