Ağ Ev: Bayden Şoltsa Kiyevə yardımı davam etdirmək əzmini bildirəcək
ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla Vaşinqtonda şəxsi görüşü zamanı ona Amerika Konqresinin mövqeyindən asılı olmayaraq Ukraynanı dəstəkləməyə davam etmək əzmində olduğunu söyləyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
"O, kansler Şoltsa şəxsən Ukraynanı dəstəkləməyə davam etmək istədiyini açıqlayacaq", - Kirbi bildirib.
Bayden həmçinin ümid etdiyini bildirib ki, ABŞ Konqresinin hər iki palatası sonda Kiyevə kömək üçün müvafiq qanun layihəsini dəstəkləyəcək: "Prezident kansler ilə görüşdə həmçinin vurğulayacaq ki, qanun layihəsi onun masasına çatarsa, layihəni imzalayacaq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net