Menyu

Honda ABŞ-də 750 mindən çox avtomobili geri çağırıb

Honda ABŞ-də 750 mindən çox avtomobili geri çağırıb

Yaponiyanın avtomobil istehsalçısı Honda ABŞ-də 750 min 114 avtomobilini təhlükəsizlik yastıqlarında yaranan problemə görə geri çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama yayıb.

Açıqlamaya görə, sözügedən qərar 2020-2022-ci illər arasında istehsal edilən bəzi Honda Accord, Pilot və Civic modelləri ilə 2020-2021-ci illər arasında istehsal edilmiş bəzi Honda CR-V və Passport avtomobillərini əhatə edir.

Eyni zamanda, ABŞ-nin avtomobil istehsalçısı General Motors (GM) baqaj qapağında yaranan problemə görə 323 min 232 avtomobilini geri çağırdığı açıqlanıb.

NHTSA-nın bəyanatına görə, geri çağırma qərarı Chevrolet Silverado 2500, 3500, GMC Sierra 2500 və 3500 modellərini əhatə edir.

Teqlər:

"Honda AB\u015e-d\u0259 750 mind\u0259n \u00e7ox avtomobili geri \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər