Menyu

Blinken HƏMAS-ın İsraillə razılaşma təklifindən danışıb

Blinken HƏMAS-ın İsraillə razılaşma təklifindən danışıb

"HƏMAS hərəkatının Qəzza zolağında döyüşlərə fasilə verilməsi və girovların azad edilməsi təklifinə cavabı İsrailə ötürülüb". 

"Operativ Media" xəbər verir ki, bunu Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"Yalnız onu deyə bilərəm ki, biz təklifə cavab almışıq. Biz vəziyyəti intensiv şəkildə öyrənirik. Təklif israillilərə təhvil verilib. Və sabah bu söhbəti İsraildə davam etdirəcəyəm", - Amerika diplomatiyasının rəhbəri qeyd edib.

Qeyd edək ki, Blinken Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və Fələstin ərazilərinə səfərləri əhatə edən Yaxın Şərq turundadır. 

Teqlər:

"Blinken H\u018fMAS-\u0131n \u0130sraill\u0259 raz\u0131la\u015fma t\u0259klifind\u0259n dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər