Bayden: Ukraynaya yardımla bağlı qanun layihəsi ABŞ Senatında səsə qoyulmayacaq
Bütün əlamətlər göstərir ki, Ukrayna, İsrailə yardım paketi və ABŞ-nin cənub sərhədində nəzarət tədbirlərinin gücləndirilməsinə dair qanun layihəsi Konqres Senatında səsverməyə çıxarılmayacaq.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"İndi bütün əlamətlər göstərir ki, bu qanun layihəsi hətta Senatda səsə qoyulmayacaq. Niyə? Sadə bir səbəbdən: ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, bu, ölkəyə kömək olsa belə siyasi baxımdan onun üçün pisdir", - deyə dövlət başçısı bu qanun layihəsinin təsdiq edilməsinin zəruriliyinə həsr olunmuş çıxışında qeyd edib.
Teqlər:
"Bayden: Ukraynaya yard\u0131mla ba\u011fl\u0131 qanun layih\u0259si AB\u015e Senat\u0131nda s\u0259s\u0259 qoyulmayacaq"