İspaniyada etiraz edən fermerlər yenidən onlarla yolu bağlayıblar
Nərmin Qocamanlı
Traktor sürən ispan fermerlər Avropanın kənd təsərrüfatı sektorundakı böhran vəziyyətinə etiraz olaraq yenidən ölkə boyu yolları bağlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə RTVE telekanalı məlumat yayıb.
Etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını, məhsullarına ədalətli qiymətlərin verilməsini, kənd təsərrüfatı dizel yanacağına vergi güzəştlərinin saxlanmasını və Avropanın kənd təsərrüfatı siyasətinə dəyişiklik edilməsini tələb edirlər. Belə ki, krallığın Barselona, Tarraqona, Girona, Toledo, Saraqosa, Qranada, Malaga, Mursiya, Valensiya və bir çox digər şəhərlərində fermerlər yollarda nəqliyyatın hərəkətini bağlayıb.
Teqlər:
"\u0130spaniyada etiraz ed\u0259n fermerl\u0259r yenid\u0259n onlarla yolu ba\u011flay\u0131blar"