Menyu

İsrail ordusu Hizbullah hədəflərinə cavab zərbələri endirib

İsrail ordusu Hizbullah hədəflərinə cavab zərbələri endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Xan Yunisdə HƏMAS rəhbərliyinin gizləndiyi və 12 girovun saxlanıldığı 1 km-dən çox tunelin dağıdılması barədə məlumat verib.

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Hərbçilər Xan Yunisdə uzunluğu bir kilometrdən çox olan strateji əhəmiyyətə malik yeraltı tuneldə məqsədyönlü reyd keçiriblər. Tuneldən HƏMAS terror təşkilatının yüksək rütbəli üzvləri və girovların saxlanması üçün sığınacaq kimi istifadə edilib. Tuneldə müxtəlif vaxtlarda 12-yə qədər girov saxlanılıb, onlardan 3-ü İsrailə qaytarılıb, qalanları isə hələ də Qəzza zolağında saxlanılır", - məlumatda deyilir.

"Axtarışlar zamanı tuneldə bir neçə otaq, o cümlədən girovların saxlandığı barmaqlıqlar olan kamera, hamam və girovları saxlayan terrorçular üçün istirahət guşəsi aşkar edilib. Tuneldə HƏMAS terror təşkilatına aid avadanlıqlar da tapılıb", - mətbuat xidməti qeyd edib.
 

Teqlər:

"\u0130srail ordusu Hizbullah h\u0259d\u0259fl\u0259rin\u0259 cavab z\u0259rb\u0259l\u0259ri endirib"

Əlaqəli Xəbərlər