Blinken İsrail rəhbərliyi ilə Yaxın Şərq nizamlanması məsələsini müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken İsrail rəhbərliyi ilə Yaxın Şərqdəki vəziyyətin nizamlanması perspektivlərini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Blinken İsrailin baş naziri Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşlər keçirib. ABŞ dövlət katibi Netanyahu ilə Qəzza zolağının mülki əhalisinin müdafiəsi, Fələstin anklavına humanitar yardımın çatdırılması və HƏMAS hərəkatının girovlarının azad edilməsi perspektivlərini müzakirə edib. O, həmçinin ABŞ-nin "regionda davamlı sülh və sabitlik" baxışını açıqlayıb.
Açıqlamaya görə, Blinken ABŞ-nin Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha təsdiqləyib və bunu davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı yol hesab edib.