Hakan Fidan: Türkiyənin Liviyanın suverenliyinə dəstəyini bir daha təkrarladıq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Türkiyənin Liviyanın bütövlüyü, sabitliyi və rifahı üçün dəstəyini bir daha təkrarladım", - Fidan qeyd edib.
Liviyaya səfər etməkdən məmnun olduğunu qeyd edən Fidan Türkiyə-Liviya əlaqələrinin çox dərin tarixi köklərə malik qardaşlıq münasibəti olduğunu vurğulayıb.
Fidan səfəri zamanı Dibeybe ilə geniş mövzuları müzakirə etmək fürsəti əldə etdiklərini ifadə edib: "Türkiyənin Liviyanın bütövlüyü, sabitliyi və rifahı üçün dəstəyini bir daha təkrarladım. Xüsusilə görülən və həyata keçirilməsi mümkün olan məsələləri müzakirə etdik".
Nazir Fidan Türk Hava Yollarının (THY) uçuşlarına yenidən başlaması ilə bağlı fikirlərini qarşılıqlı olaraq təsdiqlədiklərini də bildirib.
Fidan təhlükəsizlikdən iqtisadiyyata, təhsildən viza məsələlərinə qədər geniş bir sahədə görüşlərinin səmərəli şəkildə tamamlandığını, prezident başda olmaqla digər rəsmilərin də gün ərzində görüşlərinin olacağını bildirib.
Teqlər:
"Hakan Fidan: T\u00fcrkiy\u0259nin Liviyan\u0131n suverenliyin\u0259 d\u0259st\u0259yini bir daha t\u0259krarlad\u0131q"