Pakistanda seçki məntəqəsində atışma nəticəsində polis ölüb
Nərmin Qocamanlı
Pakistanın sərhəd bölgəsi Tankda ölkə parlamentinin aşağı palatası və əyalət qanunvericilik orqanlarına seçkilər üçün seçki məntəqəsində hücuma məruz qalan ən azı bir polis həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "ARY News" məlumat yayıb.
“Tank bölgəsindəki Kot Əzəm seçki məntəqəsində naməlum silahlı şəxslərin təhlükəsizlik əməkdaşına atəş açması və onu yerindəcə öldürməsi nəticəsində səsvermə prosesi dayandırılıb”, - məlumatda qeyd olunub.
Teqlər:
"Pakistanda se\u00e7ki m\u0259nt\u0259q\u0259sind\u0259 at\u0131\u015fma n\u0259tic\u0259sind\u0259 polis \u00f6l\u00fcb"