NASA 500-dən çox işçisini ixtisar etməyə məcbur olub
Nərmin Qocamanlı
NASA büdcə məhdudiyyətləri və 2024-cü maliyyə ili üçün ABŞ Konqresindən lazımi dəstəyin göstərilməməsi səbəbindən 500-dən çox işçini işdən çıxaracağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə JPL direktoru Lori Leşin işçilərə məlumat verib.
O, ixtisarların çətin olduğunu, lakin NASA və ölkə üçün vacib büdcə xərcləri cəhətdən vacib olduğunu qeyd edib.
Qərar agentliyin laboratoriya işçi qüvvəsinin təxminən 8%-nə, o cümlədən təxminən 40 əlavə müqavilə işçisinə aiddir. Eyni zamanda verilən qərar JPL-in həm texniki, həm də dəstək bölmələrinə təsir edəcək.
Leşin JPL-in missiyasına və cəmiyyətinə verdiyi töhfələrə görə işdən ayrılan heyətə minnətdarlığını bildirib və onların istedadlarının laboratoriyanın tarixində silinməz iz qoyduğunu vurğulayıb.