Çin Ayın orbitinə "Tiandu-1" və "Tiandu-2" adlı cüt kosmik gəmini və "Queqiao-2" relay peykini göndərməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.
Onların köməyi ilə Çin bir sıra naviqasiya və rabitə təcrübələri keçirməyə, xüsusən də Ay və Yer arasında lazer və mikrodalğalı ölçmə üsullarını sınaqdan keçirməyə ümid edir.
Kosmik gəminin əsas məqsədi Queqiao bürcünün yerləşdirilməsi zamanı gələcəkdə istifadəsi planlaşdırılan texnologiyaların sınaqdan keçirilməsidir.
Qeyd edək ki, Çin 2030-cu ilə qədər kosmosda Queqiao peyk bürcünü yaratmağı planlaşdırır.