Danimarka freqatı əməliyyatlarda iştirak etmək üçün Qırmızı dənizə gəlib
Danimarka Hərbi Dəniz Qüvvələrinin freqatı "İver Huitfeldt" Qırmızı dənizdə, Bab əl-Məndeb boğazında və Ədən körfəzində naviqasiya təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiyada iştirak etmək üçün Qırmızı dənizə gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Gəmi yanvarın 29-da yola düşüb və fevralın 8-də təyinat yerinə çatması planlaşdırılır. Fevralın 6-da Danimarka parlamenti Nazirlər Kabinetinin freqatın Qırmızı dənizə göndərilməsi barədə qərarını təsdiqləyib.
"Qırmızı dənizdə və onun ətrafında vəziyyət hələ də gərgindir. Husilərin beynəlxalq gəmiçiliyə hücumları iki aydan çoxdur ki, davam edir" - məlumatda qeyd edilib.