İtaliyada etiraz edən fermerlər Romanın mərkəzinə çatıblar
Nərmin Qocamanlı
İtaliyalı fermerlər etiraz aksiyası çərçivəsində dörd traktorla Romanın mərkəzinə çatıblar.
"Operativ Media" xəbər verir ki, onlar bu aksiya ilə ölkə rəhbərliyini kənd təsərrüfatı sahəsinin yaxşılaşdırılması ilə bağlı tələblərini dinləməyə çağırıblar.
İtalyan fermerlər Latsio metropolitenindəki müxtəlif toplama məntəqələrində mindən çox traktor toplayıblar. Onlar gələn həftə hökumət və kənd təsərrüfatı rəsmiləri ilə görüş keçirərək yeni addımlar atacaqlarını gözləyirlər.
Qeyd edək ki, son günlər Aİ ölkələrində fermerlərin pan-Avropa kənd təsərrüfatı siyasətində dəyişiklik edilməsi, ekoloji məhdudiyyətlər də daxil olmaqla çoxsaylı məhdudiyyətlərin aradan qaldırılması və ucuz xarici məhsulların nəzarətsiz idxalına son qoyulması tələbi ilə etirazlar artmaqdadır. Müxtəlif həmkarlar ittifaqı assosiasiyaları iddia edirlər ki, Avropa Komissiyasının və ölkə hakimiyyətinin siyasəti nəticəsində Aİ-də fermerlərin işi praktiki olaraq gəlirli olmağı dayandırıb.
Teqlər:
"\u0130taliyada etiraz ed\u0259n fermerl\u0259r Roman\u0131n m\u0259rk\u0259zin\u0259 \u00e7at\u0131blar"