İsrail ordusu Livandakı Hizbullah hədəflərinə cavab zərbələri endirib
İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livandan İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Hizbullah hərəkatının üç hərbi düşərgəsinə zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Son bir saat ərzində İsrailin şimalındakı Manara, Dov dağı və Malkiya əraziləri istiqamətində bir neçə raket atışı qeydə alınıb. İtkilər barədə məlumat yoxdur. IDF atəşə atəşlə cavab verir. Hücumların həyata keçirildiyi ərazilər hədəf alınıb", - məlumatda qeyd edilib.
"IDF Livanın cənubundakı bir sıra hədəflərə artilleriya və minaatanlardan da hücum edib", - mətbuat xidməti əlavə edib.
Teqlər:
"\u0130srail ordusu Livandak\u0131 Hizbullah h\u0259d\u0259fl\u0259rin\u0259 cavab z\u0259rb\u0259l\u0259ri endirib"