Menyu

Husilər: ABŞ və İngiltərə Hudeydada 3 bölgəyə hücum edib

Husilər: ABŞ və İngiltərə Hudeydada 3 bölgəyə hücum edib

Yəməndə İranın dəstəklədiyi Husilər ölkənin qərbindəki Hudeyda əyalətinin sahil hissəsindəki 3 rayonun ABŞ və Böyük Britaniyanın hücumuna məruz qaldığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Husilərə bağlı "Əl-Mesirah" televiziyası məlumat yayıb.

Xəbərdə Hudeydanın Dureyhimi rayonunun Taif bölgəsinə iki hücumun təşkil edildiyi bildirilib.

Qeyd edilib ki, Hudeydada Kusib və Cebbane bölgələrinə qarşı hücumlar təşkil edilib, hücumlar ABŞ və İngiltərə tərəfindən həyata keçirilib.

Yəmən mətbuatının məlumatına görə, Kusib bölgəsində Husilərə aid dəniz bazası və Cabbanedə hava bazası var.

Teqlər:

"Husil\u0259r: AB\u015e v\u0259 \u0130ngilt\u0259r\u0259 Hudeydada 3 b\u00f6lg\u0259y\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər