Menyu

Türkiyənin ikinci türk astronavtının kosmosa uçuş tarixi bəlli olub

Nərmin Qocamanlı
Türkiyənin ikinci türk astronavtının kosmosa uçuş tarixi bəlli olub

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıtdıqdan sonra ikinci türk astronavtı Tuva Cihangir Ataseverin kosmosa nə vaxt gedəcəyi bəlli olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyinin sədri Yusuf Kıraç məlumat yayıb.

O bildirib ki, ikinci astronavt Ataseverin kosmosa səfərinin aprelin ilk həftələrində reallaşması gözlənilir.

"Tuva Cihangir Ataseveri təxminən 80 kilometr suborbital uçuş üçün aprelin ilk həftələrində kosmosa göndəriləcək və o, təxminən 7 təcrübə həyata keçirəcək", - deyə Yusuf Kıraç qeyd edib.

 

Əlaqəli Xəbərlər