Tayvan hərbçiləri adanın yaxınlığında 8 şar və 6 Çin təyyarəsini izləyib
Son 24 saat ərzində Tayvan silahlı qüvvələri adaya yaxınlaşan səkkiz Çin hava şarını, həmçinin Xalq Azadlıq Ordusunun (XQO) 6 təyyarəsi və 4 gəmisini qeydə alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.
Məlumata görə, səkkiz şar Tayvan boğazının orta xəttini keçdikdən sonra aşkar edilib.
Agentlik həmçinin bildirir ki, altı Çin təyyarəsindən biri adanın cənub-qərbindəki hava hücumundan müdafiə zonasına daxil olub. Bəyanatda qeyd edilib ki, Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.