Menyu

KİV: İranın cənub-şərqində baş verən hücumda 9 Pakistan vətəndaşı həlak olub

KİV: İranın cənub-şərqində baş verən hücumda 9 Pakistan vətəndaşı həlak olub

İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra cinayət yerindən qaçıb. Polis araşdırmaya başlayıb.

Bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil. Yanvarın 27-də "Mehr" agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində bölgədə 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib. 

Teqlər:

"K\u0130V: \u0130ran\u0131n c\u0259nub-\u015f\u0259rqind\u0259 ba\u015f ver\u0259n h\u00fccumda 9 Pakistan v\u0259t\u0259nda\u015f\u0131 h\u0259lak olub"

Əlaqəli Xəbərlər