Menyu

Seneqalda etirazlar zamanı ölənlərin sayı 3-ə çatıb

Seneqalda etirazlar zamanı ölənlərin sayı 3-ə çatıb

Seneqalda iğtişaşlar zamanı 3 nəfər ölüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.

Daha əvvəl qeyd olunub ki, Seneqal hüquq-mühafizə qüvvələri müxalifətin prezident seçkilərinin ləğvinə qarşı keçirilən kütləvi nümayişlərini dağıdıb. Qərbi Afrika ölkəsinin Dakar və bir sıra digər şəhərlərində etirazlar keçirilib. İndiki hakimiyyətin əleyhdarlarının çağırışı ilə gənclərdən ibarət izdiham küçələrə çıxaraq polislə toqquşub. Nümayişçilər avtomobil təkərləri ilə küçələri bağlayıb, sonra onları yandırıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Fəallar qısa müddətə saxlanılıb.

Artıq bir neçə gündür ki, müxalifət partiyaları sosial şəbəkələrdə öz tərəfdarlarını əvvəlcə fevralın 25-nə təyin edilmiş prezident seçkilərinin təxirə salınmasına qarşı nümayiş keçirməyə çağırır.
 

Teqlər:

"Seneqalda etirazlar zaman\u0131 \u00f6l\u0259nl\u0259rin say\u0131 3-\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər