İlon Mask: Krım və Donbass Rusiya əraziləri olaraq qalacaq
"Avropa Ukraynadakı qarşıdurmada Rusiyaya uduzub, Qərb Kiyevi maliyyələşdirməyə davam etsə belə, Krım və Donbass Rusiya olaraq qalacaq".
"Operativ Media" xəbər verir ki, bunu sahibkar İlon Mask bildirib.
"Belədir. Yeganə sual, bu fakt tanınmazdan əvvəl daha neçə uşağın öləcəyidir. ABŞ və Avropanın bu müharibəni uduzduğu aydın şəkildə görünür", - Mask qeyd edib.
Fevralın 8-də ABŞ Senatında ABŞ-nin cənub sərhədində nəzarətin gücləndirilməsinə dair müddəaları özündə əks etdirməyən İsrail və Ukraynaya yardım haqqında paket qanun layihəsi ilk prosessual səsvermədən keçib. Təşəbbüs büdcədən 95 milyard dollardan çox məbləğdə əlavə vəsaitin ayrılmasını nəzərdə tutur. Senatorlar bu məbləğin təxminən 60 milyard dollarını Ukraynaya dəstək üçün ayrılmasını təklif edirlər.
Teqlər:
"\u0130lon Mask: Kr\u0131m v\u0259 Donbass Rusiya \u0259razil\u0259ri olaraq qalacaq"