Menyu

HƏMAS: İsrailin endirdiyi zərbələr nəticəsində iki girov ölüb

HƏMAS: İsrailin endirdiyi zərbələr nəticəsində iki girov ölüb

HƏMAS hərəkatının tərəfdarları İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son dörd gündə iki israilli girovun öldürüldüyünü, 8 nəfərin isə yaralandığını iddia edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında dərc olunan bəyanatda deyilir.

"İzzəddin əl-Qəssam briqadasının döyüşçüləri təsdiq edir ki, son 96 saat ərzində İsrailin Qəzzanı bombalaması nəticəsində iki girov öldürülüb, daha səkkiz nəfər ağır yaralanıb. Yaralıların vəziyyəti getdikcə çətinləşir, çünki onları lazımi müalicə ilə təmin etmək mümkün deyil", - məlumatda qeyd edilib.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər