Menyu

KİV: Makron təhlükəsizlik baxımından Ukraynaya səfərini təxirə salıb

KİV: Makron təhlükəsizlik baxımından Ukraynaya səfərini təxirə salıb

Fransa prezidenti Emmanuel Makron fevralın 13-14-də baş tutmalı olan Ukraynaya səfərini təxirə salıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbəyə istinadən "Challenges" məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa liderinin administrasiyası səfərin təxirə salınmasını təhlükəsizlik səbəbi ilə izah edib.

Qeyd olunur ki, səfərin ləğvi "ukraynalı diplomatlar arasında suallar yaradıb" və onlar bu qərardan təəccüblü qalıblar.

Fransa Sahibkarlar Hərəkatının nümayəndə heyəti də Kiyevə səfərini ləğv edib.

Jurnal qeyd edib ki, Makronun Ukraynaya səfərinin yeni tarixi hələ müəyyən edilməyib. 

Teqlər:

"K\u0130V: Makron t\u0259hl\u00fck\u0259sizlik bax\u0131m\u0131ndan Ukraynaya s\u0259f\u0259rini t\u0259xir\u0259 sal\u0131b"

Əlaqəli Xəbərlər