Suriya İsrailə qarşı yeni müharibəyə hazır olduğunu bəyan edib
Suriyanın xarici işlər naziri Feysal Əl-Miqdad İsrailə qarşı yeni müharibələrə hazır olduğunu açıqlayıb.
Bu barədə “Operativ Media” “RİA Novosti”yə istinadən xəbər verir.
“Suriya İsrailə qarşı bir neçə müharibə aparıb və digər müharibələrə hazırdır. Suriya nə vaxt və harada olacağına qərar verəcək”, - deyə F. Miqdad Dəməşqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla keçirdiyi mətbuat konfransında deyib.
Həmçinin o, Dəməşqin torpaqlarını azad etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, fevralın 10-da İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyi bildirilib. Ərəb Respublikasının hava hücumundan müdafiə sistemləri raketlərin bir qismini vurub.
Teqlər:
"Suriya \u0130srail\u0259 qar\u015f\u0131 yeni m\u00fcharib\u0259y\u0259 haz\u0131r oldu\u011funu b\u0259yan edib"