Federal hakim amerikalı sahibkar, “X” sosial şəbəkəsinin sahibi İlon Maska 2022-ci ildə “Twitter”i satın alması ilə bağlı istintaq çərçivəsində ifadə verməyi əmr edib.
Bu barədə “Operativ Media” “Reuters”ə istinadən xəbər verir.
Müvafiq qərarı fevralın 10-da hakim Lorel Biler çıxarıb.
Maskın ifadə verməsi tələbi Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən irəli sürülüb. Məhkəmədə “Twitter”in alınması ilə bağlı mümkün pozuntulara, habelə sahibkarın bəyanatlarına və platforma ilə bağlı komissiyaya təqdim edilən məlumatlara baxılacaq.
Mask “Twitter”i 2022-ci ilin oktyabrında satın alıb. Bundan sonra o, işçilərin yarıdan çoxunu işdən çıxarıb və şirkət rəhbərliyini dəyişib. 2023-cü ilin iyul ayında o, sosial şəbəkənin adını “X” olaraq dəyişdirib.