Moldovanın sabiq prezidenti ölkənin ABŞ-yə dəstəyini açıqlayıb
Moldovanın sabiq prezidenti, Sosialist Partiyasının sədri İqor Dodon hazırkı hökumətin Rusiyaya qarşı mübarizədə ABŞ-ni dəstəklədiyini deyib.
“Operativ Media” xəbər verir ki, o, bu fikri “Cinema 1” telekanalına müsahibəsində bildirib.
“Mövcud hökumət Rusiyaya qarşı Amerikanın tərəfində olmaq qərarına gəlib. Çünki onlar Dövlət Departamentinin və Corc Sorosun “istixanalarında” yetişdiriliblər”, - Dodon qeyd edib.
Onun fikrincə, Moldovanın hazırkı liderləri ölkənin gələcəyini görmürlər və səlahiyyət müddəti başa çatdıqdan sonra aradan çıxacaqlar.
Siyasətçi bu vəziyyəti Moldova üçün faciə hesab edib: “Ölkəni öz gələcəyini, övladlarının gələcəyini bu torpaqla görməyən, bağlamayan bir şəxs idarə edərsə, o, heç vaxt milli maraqlardan çıxış etməyəcək”, - deyə eks-prezident vurğulayıb.
Bundan əvvəl Dodon Moldova prezidenti Maia Sandunu milli maraqlara cavab verməməkdə ittiham edib. Onun sözlərinə görə, ölkənin hazırkı rəhbəri Moldovanın əcnəbilərə verilməsinin tərəfdarıdır.
Teqlər:
"Moldovan\u0131n sabiq prezidenti \u00f6lk\u0259nin AB\u015e-y\u0259 d\u0259st\u0259yini a\u00e7\u0131qlay\u0131b"