Netanyahu: "Qəzzanı daim nəzarətdə saxlamaq istəyirik"
"İsrail Qəzza zolağında təhlükəsizlik nəzarətini daimi olaraq saxlamaq niyyətindədir".
"Operativ Media" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"İsrail ordusunun nailiyyətləri çox təsiredicidir. Biz qələbəyə doğru gedirik. Bu, bir az daha vaxt aparacaq, lakin deyilənlərin əksinə olaraq, illər çəkməyəcək.
Çətin döyüşdür, amma qalib gəldiyimiz döyüşdür. Qəzza zolağının demilitarizasiyasına həqiqətən nail olmaq istəyirik",- deyə o bildirib.
Teqlər:
"Netanyahu: \"Q\u0259zzan\u0131 daim n\u0259zar\u0259td\u0259 saxlamaq ist\u0259yirik\""