Menyu

Martın əvvəllərində geomaqnit qasırğaları artacaq

Nərmin Qocamanlı
Martın əvvəllərində geomaqnit qasırğaları artacaq

Alimlər martın əvvəlində güclü geomaqnit qasırğasının artacağını proqnozlaşdırıblar.

"Operativ Media" xəbər verir ki, fevralın sonu geomaqnit qasırğaları baxımından nisbətən sakit olacaq.

Belə ki, bu ay geomaqnit fonunda dalğalanmalar 9 ballıq şkala üzrə iki-üç baldan çox olmayacaq. Lakin cari aydakı sakitlikdən sonra martın əvvəlində güclü geomaqnit qasırğası dalğası gözlənilir. Günəş aktivliyi iki yarım dəfə - beş bala qədər artacaq.

Alimlər izah ediblər ki, bu, istənilən vaxt daha güclü bir şeyə çevrilə biləcəyi üçün qeyri-sabit hesab edilən G1 səviyyəsinə uyğundur.

Tədqiqatçılar belə bir vəziyyətin hava şəraitinə həssas olanlara, xüsusən də 55 və daha yuxarı yaşda olan kəslərə təsir edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Teqlər:

"Mart\u0131n \u0259vv\u0259ll\u0259rind\u0259 geomaqnit qas\u0131r\u011falar\u0131 artacaq"

Əlaqəli Xəbərlər