Menyu

Niderland F-35 qırıcılarının hissələrini İsrailə satmayacaq

Nərmin Qocamanlı
Niderland F-35 qırıcılarının hissələrini İsrailə satmayacaq

Niderland F-35 qırıcılarının hissələrini İsrailə satmayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Hollandiyanın apellyasiya məhkəməsi qərar verib.

Qərarda qeyd olunub ki, İsrailə F-35 qırıcı təyyarələrinin hissələrinin satışı beynəlxalq humanitar hüququ pozur və bu səbəbdən satış dayandırılmalıdır.

Açıqlamada İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşlara dəyən zərəri kifayət qədər nəzərə almadığı vurğulanıb və Niderlanda F-35 hissələrinin İsrailə ixracını 7 gün ərzində dayandırması əmri verildiyi bildirilib.

Bəyanatda İsrailin F-35 döyüş təyyarələrinin Qəzza zolağında humanitar qanunları ciddi şəkildə pozacağına dair açıq bir risk olduğuna diqqət çəkilib:

"İsrailin hücumları qeyri-mütənasib olaraq, minlərlə uşaq da daxil olmaqla, mülki vətəndaşın ölümünə səbəb olub", - deyə qeyd olunub.

Bəyanatda xatırladılıb ki, Niderlandın tərəfdar çıxdığı müxtəlif beynəlxalq qaydalara uyğun olaraq, müharibənin humanitar hüququnun ciddi şəkildə pozulması riskinin açıq-aşkar olduğu hallarda hərbi texnikanın ixracını qadağan etmək məcburiyyətindədir və bu, F-35 hissələrinin Hollandiyadan İsrailə ixrac edilə bilməyəcəyi deməkdir.

 

Teqlər:

"Niderland F-35 q\u0131r\u0131c\u0131lar\u0131n\u0131n hiss\u0259l\u0259rini \u0130srail\u0259 satmayacaq"

Əlaqəli Xəbərlər