Rusiyada avtobus və yük maşını toqquşub, ölənlər var
Nərmin Qocamanlı
Rusiyanın Pskov vilayəti yaxınlığında ekskursiyaya gedən avtobus yük maşını ilə toqquşub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 17-yə çatıb, onlardan 13-ü uşaqdır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatlarına görə, avtobus sürücüsü yük maşını ilə toqquşmaqdan yayınmağa çalışıb. Bu zaman avtobus kanala aşıb.