Borrell İsrailə silah tədarükünü məhdudlaşdırmağa çağırıb
"İsraili dəstəkləyən ölkələrin hakimiyyət orqanları Qəzza zolağında fələstinlilərin öldürülməsini dayandırmaq üçün bu ölkəyə silah tədarükünün məhdudlaşdırılması kimi tədbirlər görməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borell deyib.
"Hamı Tel-Əvivə gedir və yalvarır ki, bunu etmə, bu qədər insanı öldürmə. Çox ölü nə qədərdir? Standartlar necədir? İsrailin baş naziri Benyamin Netanyahu heç kimə qulaq asmır. Onlar Qəzza əhalisi evakuasiya etmək istəyirlər. Hara? Aya? Zəhmət olmasa nəsə deməyi dayandır və bir şey et", - Borell qeyd edib.
Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, İsrailə silah tədarükünü məhdudlaşdırmaq lazımdır: "Neçə dəfə nazirlərdən həddən artıq çox insanın öldürüldüyünü eşitmisiniz? Əgər çox sayda insanın öldürüldüyünü düşünürsünüzsə, daha çox insan itkisinin qarşısını almaq üçün bəlkə daha az silah verilməlidir?" - Borell ritorik sual verib.
Teqlər:
"Borrell \u0130srail\u0259 silah t\u0259dar\u00fck\u00fcn\u00fc m\u0259hdudla\u015fd\u0131rma\u011fa \u00e7a\u011f\u0131r\u0131b"