Türkiyənin Antalya şəhərində leysan yağışlar səbəbindən daşqınlar baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
"Antaliyanın mərkəzində axşam saatlarında başlayan leysan gecə saatlarında güclənib. Güclü yağış nəticəsində yollarda gölməçələr əmələ gəlib. Vətəndaşlar və nəqliyyat vasitələri yollarda hərəkət etməkdə çətinlik çəkib. Kənd yerlərində evləri və iş yerlərini su basıb. Bəzi məhəllələrdə yağan leysan səbəbindən bəzi ərazilərdə nəqliyyat əlaqəsi kəsilib”, – nəşr yazır.
Antalya Qubernatorluğundan verilən yazılı açıqlamada, şəhərdə əlverişsiz hava şəraitinin davam etdiyi bildirilib.
Teqlər:
"T\u00fcrkiy\u0259nin Antalya \u015f\u0259h\u0259rind\u0259 da\u015fq\u0131n ba\u015f verib"