Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Sakit okean ada ölkələrinin liderləri ilə görüşdüyü Ficini tərk edə bilmir.
"Operativ Media" xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
Agentliyin məlumatına görə, Kamikava icarəyə götürülmüş təyyarənin nasazlığı səbəbindən adaları tərk edə bilməyib.
Nazirin fevralın 13-nə planlaşdırılan brifinqi ləğv edilib.
Nazir bildirib ki, onun vəzifələrini müvəqqəti olaraq hökumətin baş katibi icra edir.
Qeyd edək ki, yanvarın əvvəlində Yoko Kamikava Kiyevə səfəri zamanı zirzəmidə mətbuat konfransı keçirməli olub. Jurnalistlər üçün keçirilən brifinqdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edib. Mətbuatda yayılan xəbərlərə görə, şəhərdə hava hücumu xəbərdarlığı səbəbindən nazirlər bu şərtlər altında mətbuat konfransı keçirməli olublar.
Teqlər:
"Yaponiyan\u0131n X\u0130N naziri Ficini t\u0259rk ed\u0259 bilmir"