Menyu

Seneqalda etirazlara çağırışlar səbəbindən mobil internetə çıxış kəsilib

Nərmin Qocamanlı
Seneqalda etirazlara çağırışlar səbəbindən mobil internetə çıxış kəsilib
1 dəq oxu

Seneqal hakimiyyət orqanları sosial şəbəkələrdə prezident seçkilərinin təxirə salınmasına etiraz aksiyalarına çağıran materialların yayılması səbəbindən mobil internetə çıxışı bağlayıblar.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə mobil internetə çıxış fevralın 13-də dayandırılıb

Qeyd edək ki, bundan əvvəl Seneqal parlamenti 2024-cü ilin fevralına təyin edilmiş prezident seçkilərinin 15 dekabr 2024-cü il tarixinə təxirə salınması ilə bağlı qanun qəbul edib, müxalifət deputatları səsvermədən əvvəl palatadan zorla çıxarılıb.

Əlaqəli Xəbərlər