Rusiyada Ermənistandan gətirilən “Jermuk” suyunun satışına qadağa qoyulub
Nərmin Qocamanlı
Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə federal xidməti Ermənistanda istehsal olunan “Jermuk” suyunun idxalının dayandırılması barədə qərar qəbul edib.
"Operativ Media" xəbər verir ki, buna səbəb “Jermuk” suyundan içən Vladiqafqaz şəhər sakininin qida borusunda və mədəsində problem yaranması olub.
Məlum olub ki, şüşəyə su əvəzinə, sirkə doldurulub. Qida borusundan yanıq xəsarəti alan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.
Araşdırmalar bitənədək Ermənistandan “Jermuk” suyunun idxalına və Rusiya ərazisində satışına qadağa qoyulub.