Menyu

Bayden: Ukrayna ordusunun döyüş sursatı tükənir

Bayden: Ukrayna ordusunun döyüş sursatı tükənir

Amerika hakimiyyət orqanları təmas xəttində Ukrayna hərbçilərinin silah-sursatının tükəndiyi barədə xəbərlər alır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Co Baydenin yazılı bəyanatında deyilir.

"Rusiya qüvvələrinin hücumlarını davam etdirdiyi bir vaxtda cəbhə xəttində Ukrayna hərbçilərinin döyüş sursatının tükəndiyinə dair xəbərlər var. Hərəkətsizliyin qiyməti hər gün artır, xüsusən də Ukraynada", - deyə Bayden vurğulayıb. 

O, ABŞ Konqresinin Nümayəndələr Palatasının Senatın ardınca 95 milyard dollardan çox əlavə büdcə ayırmasını nəzərdə tutan qanun layihəsini təsdiq etməsini müdafiə edib, bunun 60,06 milyard dollarının Ukraynaya, 14,1 milyard dollarının isə İsrailə yardıma yönəldilməsi təklif edilir.

Bayden hesab edir ki, Amerikanın "müttəfiqləri və düşmənləri" Konqresin qanun layihəsi ilə bağlı növbəti addımlarını izləyir.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson daha əvvəl qanun layihəsini "qəsdən əngəllənən" adlandırmışdı. 
 

Teqlər:

"Bayden: Ukrayna ordusunun d\u00f6y\u00fc\u015f sursat\u0131 t\u00fck\u0259nir"

Əlaqəli Xəbərlər