Quterreş: Ölkələrin ərzaqdan çox silaha üstünlük verməsindən narahatam
BMT-nin baş katibi Antonio Quterreş dünya birliyində olan ölkələrin vəsaitləri ərzaq təhlükəsizliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün istifadə etmək əvəzinə, silahların alınması və hazırlanmasına ciddi sərmayə qoymasından narahatlığını ifadə edib.
"Operativ Media" xəbər verir ki, Quterreş bu barədə BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı açıq müzakirələr zamanı bildirib.
"Dövlətlərin ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf üçün büdcələrindən vəsait kəsərkən silahlara böyük məbləğlər xərclədiyini görmək narahatedicidir", - o deyib.
"Biz aclıq, iqlim xaosu və münaqişə ilə onların beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid arasında ölümcül əlaqəni qıra bilərik. Gəlin bunu reallığa çevirmək və aclıq və dəhşət müharibəsindən azad, yaşana bilən, davamlı gələcək qurmaq üçün hərəkət edək", - baş katib əlavə edib.
Daha əvvəl Beynəlxalq Strateji Araşdırmalar İnstitutu öz hesabatında qlobal müdafiə xərclərinin 2023-cü ildə 9% artaraq rekord həddə 2,2 trilyon dollara çatdığını və bunun yarısının NATO ölkələrinin payına düşdüyünü bildirmişdi.