Menyu

BMT: İsrailin Rəfaha hücumu dəhşətli nəticələr verə bilər

BMT: İsrailin Rəfaha hücumu dəhşətli nəticələr verə bilər

"Danışıqların Rəfaha hərtərəfli hücumdan əvvəl əsirlərin azad edilməsi və münaqişənin dayandırılması üçün uğurlu olacağına ümid edirəm. Belə bir hücumun Rəfahda dəhşətli nəticələri olacaq".

"Operativ Media" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib.

İsrailin Qəzzanın Rəfah şəhərinə qarşı quru əməliyyatı ilə bağlı Quterreş deyib: "Qəzzada humanitar yardımların daşınması ilə bağlı şərtlərin pisləşməsindən dərin narahatam".

Quterreş Qəzzada ictimai asayişin çökdüyünü və İsrailin qoyduğu maneələrin humanitar yardımların paylanmasını məhdudlaşdırdığını bildirib.

"Əsirlərin azad edilməsi və münaqişənin hərtərəfli həll üçün danışıqların uğurla nəticələnəcəyinə ürəkdən ümid edirəm. Hücumun dəhşətli nəticələri olacaq", - Quterreş xəbərdarlıq edib.

İsrailin jurnalistləri hədəf alması ilə bağlı Quterreş əlavə edib: "Mən bu münaqişədə öldürülən jurnalistlərin sayından çox narahatam".

Teqlər:

"BMT: \u0130srailin R\u0259faha h\u00fccumu d\u0259h\u015f\u0259tli n\u0259tic\u0259l\u0259r ver\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər