KİV: Qəzza ilə bağlı dördtərəfli məsləhətləşmələr üç gün davam edəcək
Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qahirədə Qəzza zolağında atəşkəs rejiminin yaradılması və girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması ilə bağlı keçirilən məsləhətləşmələr daha üç gün davam edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.
Məlumata görə, Misir paytaxtında dördtərəfli görüşlərdə atmosfer müsbətdir, məsləhətləşmələr qarşıdakı üç gün ərzində davam etdiriləcək.