Ermənistan Parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 14-17-də Bolqarıstan Respublikasında rəsmi səfərdə olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamenti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Bolqarıstanın Baş naziri Nikolay Denkov, Bolqarıstanın Prezidenti Rumen Radev, Bolqarıstanın Milli Assambleyasının sədri Rosen Jelyazkov və Bolqarıstan-Ermənistan dostluq qrupunun üzvləri ilə ikitərəfli görüşlər nəzərdə tutulub.