Menyu

"SpaceX" 100 köhnə Starlink peykini orbitdən çıxaracaq

Nərmin Qocamanlı
"SpaceX" 100 köhnə Starlink peykini orbitdən çıxaracaq

"SpaceX" şirkəti Starlink peyklərinin 100-ə yaxın köhnə versiyasını nasazlığa səbəb ola biləcək qüsur səbəbindən orbitdən çıxarmağı planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə "SpaceX" məlumat yayıb.

Belə ki, bu peyklərin orbitdə manevr qabiliyyətini itirə biləcəyi ilə bağlı narahatlıqlara görə onların nəzarətli enişlərini həyata keçirəcəyini bildirib.
Şirkət qüsurun xarakterini və ya risk altında olan xüsusi peykləri açıqlamayıb.

Qeyd edək ki, "SpaceX" 2019 və 2020-ci illərdə buraxılmış köhnə versiyalar da daxil, 5438-i orbitdə olmaqla 5828 Starlink kosmosu buraxıb.

Orbitdən çıxarılan "Starlink" peykləri manevr qabiliyyətini və toqquşmaların qarşısını almaq qabiliyyətini qorumaqla təxminən altı ay ərzində problemsiz bir şəkildə enəcək. Şirkət bu addımı kosmosda təhlükəsizlik standartlarına uyğunluq kimi qiymətləndirir.

Teqlər:

"\"SpaceX\" 100 k\u00f6hn\u0259 Starlink peykini orbitd\u0259n \u00e7\u0131xaracaq"

Əlaqəli Xəbərlər