Ermənistan ordusunda kadr dəyişiklikləri davam edir
Nərmin Qocamanlı
Ermənistan ordusunda Baş Qərargah rəisinin daha iki müavini, eləcə də ayrı-ayrı hissələrin rəisləri təyin edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Yeni müavinlər mühəndis qoşunlarının rəisi vəzifəsini tutan Karen Qriqoryan və Temur Şahnazaryan olub. T. Şahnazaryan eyni zamanda Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsinə də təyin edilib.
Digər sərəncamla David Aleksanyan Baş Qərargahın döyüş hazırlığı şöbəsinə rəhbərlik edib. O, əvvəllər hərbi təlim hissələrindən birinə komandirlik edib.
Sülhməramlı briqadanın da yeni komandiri Hamlet Levonyan olub. O, bu vəzifədə Hərbi Akademiyaya rəis təyin edilən Arsen Manqasaryanı əvəz edib.
Baş Qərargahın Strateji Planlaşdırma İdarəsinə Armen Seyranyan rəhbərlik edirdi.
Teqlər:
"Erm\u0259nistan ordusunda kadr d\u0259yi\u015fiklikl\u0259ri davam edir"