BMT: Husilərin ABŞ-nin terrorçu siyahısına əlavə edilməsindən narahatıq
ABŞ-nin Yəmənin Husilər təşkilatını terror təşkilatları siyahısına salması narahatedicidir.
"Operativ Media" xəbər verir ki, bunu BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq deyib.
"Husilərin Qırmızı dənizdəki gəmilərə təkrar hücumlarına cavab olaraq, ABŞ və Böyük Britaniya Yəməndə təşkilatın nəzarətində olan ərazilərdəki anbarlara, raket sistemlərinə və digər hədəflərə zərbələr endiriblər. ABŞ-nin Ənsar Allahı terrorçu qruplar siyahısına salması gözlənilir. Düzünü desəm, bu narahat edici məqamdır", - deyə o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Bundan əlavə, Qrundberq Qırmızı dənizdə vəziyyətin gərginləşməsinin Yəməndə siyasi nizamlanma prosesini ləngitdiyinə diqqət çəkib.