ABŞ Tayvanla son 30 ilin ən böyük silah müqaviləsini təsdiqləyib
Birləşmiş Ştatlar Tayvana son 30 ildə ən çox silah və hərbi texnika tədarükünə dair sazişləri təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
"Biz Tayvan boğazında sülhü və sabitliyi qorumaq üçün son 30 il ərzində Tayvan üçün ən böyük silah müqaviləsini təsdiqləmək və yeni hərbi yardımları həyata keçirməklə özünümüdafiə imkanlarını gücləndirmək üçün Tayvanla sıx əməkdaşlıq edirik", - Cenkins qeyd edib.
Qeyd edək ki, Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton "vahid Çin" siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində Amerikanın adaya hərbi təchizatının ümumi həcmi 70 milyard dolları keçib.
Teqlər:
"AB\u015e Tayvanla son 30 ilin \u0259n b\u00f6y\u00fck silah m\u00fcqavil\u0259sini t\u0259sdiql\u0259yib"