Menyu

Polşalı fermerlər etiraz aksiyası təşkil edəcəklər

Polşalı fermerlər etiraz aksiyası təşkil edəcəklər

Polşalı fermerlər fevralın 20-də Varşavada etiraz aksiyası təşkil etməyi planlaşdırırlar. 

"Operativ Media" xəbər verir ki, bu barədə həftəlik "Tygodnik Rolniczy" məlumat yayıb.

"Mədəniyyət Sarayından Seymin binasına piyada gedəcəyik, ondan əvvəl tələblərimizi açıqlayacağıq. Seymdən baş nazirin ofisinə gedərək tələblərimizi ora çatdıracağıq", - məlumatda qeyd edilib.

"Bizə daşıyıcılar, həmçinin ictimai hərəkatlardan bəzi insanlar, həmrəylik və özünümüdafiəçilər, o cümlədən Almaniya, Fransa, Hollandiya və Litvada etiraz aksiyası keçirən fermerlərin nümayəndələri də qoşulacaq", - Fermerlər İttifaqının rəhbəri Slavomir İzdebski əlavə edib.
 

Teqlər:

"Pol\u015fal\u0131 fermerl\u0259r etiraz aksiyas\u0131 t\u0259\u015fkil ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər