Tayvan sularında Çin gəmisinin iki ekipaj üzvü həlak olub
Tayvanın sahil mühafizəsi Çin balıqçı gəmisini adanın Kinmen arxipelaqı yaxınlığındakı sulara qanunsuz daxil olmaqda ittiham edib.
"Operativ Media" xəbər verir ki, bu barədə departamentdən verilən açıqlama bildirilib.
Qeyd edilib ki, gəmi qaçmağa çalışsa da, təqib zamanı "təsadüfən çevrilib" və nəticədə iki ekipaj üzvü həlak olub. Əlavə edilib ki, Tayvan Sahil Mühafizəsinin əməkdaşları çərşənbə günü yerli vaxtla saat 13:45-də (Bakı vaxtı ilə 09:45) şərqdən 1,1 dəniz mili (təxminən 2 km) aralıda göyərtəsində dörd nəfərin olduğu yüksək sürətli Çin gəmisini aşkar ediblər. Bəyanatda ekipajın axtarışdan imtina etdiyi və gəminin qaçmağa cəhd etdiyi, lakin Tayvan Sahil Mühafizəsi əməkdaşları tərəfindən təqib edilərkən gəminin "təsadüfən çevrildiyi" və nəticədə gəmidəki 4 nəfərin suda qaldığı bildirilib.
Qeyd olunub ki, sahil mühafizəsi iki ekipaj üzvünü xilas edib, onların vəziyyəti stabil qiymətləndirilir. Daha iki nəfər suda huşsuz vəziyyətdə tapılıb. Onlar dərhal tibb müəssisəsinə çatdırılsa da, xilas etmək mümkün olmayıb. Sənəddə hadisə ilə bağlı məlumatın Kinmen Prokurorluğuna ötürüldüyü də bildirilir.
Teqlər:
"Tayvan sular\u0131nda \u00c7in g\u0259misinin iki ekipaj \u00fczv\u00fc h\u0259lak olub\u00a0"