Menyu

Danimarka Ukraynaya hərbi yardım edəcək

Danimarka Ukraynaya hərbi yardım edəcək

Danimarkanın müdafiə naziri Truels Lund Poulsen Brüsseldə NATO-nun müdafiə rəhbərlərinin görüşündə Ukraynaya ərazinin minalardan təmizlənməsində yardımın davam etdirilməsinə dair niyyət bəyannaməsini imzalayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

"Danimarka Ukrayna ordusunun mühəndislik və minatəmizləmə imkanlarını artırmaq üçün minalardan təmizləməyə yardım göstərən, Litvanın rəhbərlik etdiyi ölkələrin koalisiyasına qoşulub", - məlumatda qeyd edilib. 

Danimarkanın müdafiə naziri həmçinin Ukraynaya pilotsuz təyyarələrin tədarükünü artırmaq məqsədi daşıyan Ukrayna Müdafiə Əlaqə Qrupu (UDCG) çərçivəsində Latviyanın başçılıq etdiyi pilotsuz uçuş aparatları koalisiyasında iştirakla bağlı niyyət bəyannaməsini imzalayıb.

Teqlər:

"Danimarka Ukraynaya h\u0259rbi yard\u0131m ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər