Vatikan İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid edib
"Müqəddəs Taxt-Tac İsrailin Qəzza zolağındakı hərəkətlərini qeyri-mütənasib hesab edərək tənqid edir".
"Operativ Media" xəbər verir ki, bu barədə Vatikanın rəsmi qəzeti "L'Osservatore Romano" yazır.
Nəşr qeyd edir ki, heç kim Qəzza zolağında baş verənləri terrorizmlə mübarizə adlandıra bilməz: "İsraili müdafiə etmək hüququ və 7 oktyabr hücumlarına görə məsuliyyət daşıyanların ədaləti qırğına haqq qazandıra bilməz".
Qəzet vurğulayıb ki, Vatikan həmişə "günahsız qurbanların tərəfindədir".
Bir gün əvvəl Vatikanın dövlət katibi kardinal Pietro Parolin demişdi ki, Müqəddəs Taxt-Tac İsrailin Qəzza zolağındakı əməliyyatını qeyri-mütənasib hesab edir.