Netanyahu: İsrail tam qələbəyə qədər mübarizə aparacaq
İsrail Qəzza zolağında mülki əhalinin ərazidən çıxarılmasından sonra tam qələbəyə qədər döyüşəcək.
"Operativ Media" xəbər verir ki, bu açıqlama ilə ölkənin baş naziri Benyamin Netanyahu çıxış edib.
İsrailin baş naziri "X"də yazıb: "Biz tam qələbəyə qədər döyüşəcəyik və bu, mülki şəxslərin döyüş bölgələrini tərk etməsinə icazə verdikdən sonra Rəfahda güclü hərəkətləri əhatə edir".
Fevralın 7-də Netanyahu bildirib ki, hərbçilər Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfahda döyüşlərin başlanmasına hazırlaşmaq əmri alıblar. İki gün sonra İsrailin baş naziri orduya mülki əhalinin təxliyyəsi və HƏMAS hərəkatının şəhərdə qalan dörd batalyonunun ləğvi üçün plan hazırlamağı tapşırıb.
Teqlər:
"Netanyahu: \u0130srail tam q\u0259l\u0259b\u0259y\u0259 q\u0259d\u0259r m\u00fcbariz\u0259 aparacaq"