Menyu

Stoltenberq: Polşada Ukrayna üçün təlim mərkəzinin yaradıldığını açıqlayıb

Stoltenberq: Polşada Ukrayna üçün təlim mərkəzinin yaradıldığını açıqlayıb

NATO-ya üzv ölkələr Polşada Ukrayna Silahlı Qüvvələrinin (AFU) təlim mərkəzinin yaradılması barədə razılığa gəliblər. 

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün biz Polşada, Bıdqoşda NATO-Ukrayna birgə analitik və təlim mərkəzi yaratmaq qərarına gəldik", - o qeyd edib.

"Texniki detallar hələ qərarlaşdırılmayıb. Biz indiyədək siyasi qərara gəlmişik, bu, həftələr və aylar ərzində nəticə verməli olan prosesin yalnız başlanğıcıdır. Gözləyirəm ki, əməli qərarlar daha sonra veriləcək", - Stoltenberq bildirib.

"Bu mərkəz Ukraynaya müharibədən əldə etdiyi dərsləri bölüşməyə imkan verəcək və Ukrayna qüvvələri üçün NATO ölkələri ilə birgə təlim keçə və məşq edə biləcək struktur yaradacaq", - baş katib əlavə edib.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər